Ölkəyə qanunsuz yolla külli miqdarda “iPhone 13” keçirilməsinin qarşısı alındı

Ölkəyə qanunsuz yolla külli miqdarda “iPhone 13” keçirilməsinin qarşısı alındı

Hazırda oxunan: Ölkəyə qanunsuz yolla külli miqdarda “iPhone 13” keçirilməsinin qarşısı alındı

64083

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında mobil telefonların və aksesuarlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitədən Bizim.Media-ya verilən məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilən zaman şübhəli cizgilər müşahidə edilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində 97 ədəd “iPhone 13” markalı mobil telefon qutusu, 42 ədəd “İphone 13” markalı usb, 10 ədəd “Model M-2” markalı mobil telefon və ona aid olan 10 ədəd qidalandırıcı başlıq, 3 ədəd “Meizu” markalı mobil telefon, 28 ədəd “Baofeng” markalı rabitə vasitəsi və ona aid olan 52 ədəd qidalandırıcı başlıq, 45 ədəd qulaqlıq, 14 ədəd batereya, 7 ədəd mobil telefon mikro-sxeması, 6 ədəd telefon ekranı və 2 ədəd elektron saat aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO