Baş nazir tapşırıq verdi - Kür çayının qurumasının qarşısı belə alınacaq

Baş nazir tapşırıq verdi - Kür çayının qurumasının qarşısı belə alınacaq

Hazırda oxunan: Baş nazir tapşırıq verdi - Kür çayının qurumasının qarşısı belə alınacaq

64037

Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamda qeyd edilib ki, son illərdə dünyada, o cümlədən məhdud şirin su ehtiyatlarına malik Azərbaycan Respublikasında müşahidə edilən iqlim dəyişiklikləri ilə əlaqədar Mingəçevir su anbarında tələb olunan su həcminin toplanması mümkün olmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kür Çayı Hövzəsinin İdarə edilməsi Planı hazırlandı


Bildirilib ki, azsululuq dövründə Kür çayının aşağı axarında suyun azalması və 50 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin suyunun çayın suyuna qarışması nəticəsində suyun duzlaşma dərəcəsinin artması baş verir ki, bu da həmin ərazidə məskunlaşmış əhalinin fasiləsiz içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatında ciddi çətinliklər yaradır.

Sərəncama əsasən, Kür çayının aşağı axarında azsululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə “Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyətinə tapşırıq verilib.
“Azmelsutəsərrüfat” ASC texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmaqla Kür çayının aşağı axarındakı suqebuledici qurğuların normal istismarı üçün suyun səviyyəsinin tənzimlənməsi və mənsəb hissəsində suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması ilə bağlı təxirə salınmadan müvafiq tədbirlərin görülməsini təmin etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO