Neftçalanın susuzluq problemi həll olunur - Yeni su xətti çəkiləcək 

Neftçalanın susuzluq problemi həll olunur - Yeni su xətti çəkiləcək 

Hazırda oxunan: Neftçalanın susuzluq problemi həll olunur - Yeni su xətti çəkiləcək 

63901

2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb.

Bizim.Media "Azərsu" ASC-yə istinadən xəbər verir ki, Magistral kəmərin tikintisi qısa müddətdə yekunlaşıb və 2020-ci ilin noyabr ayından etibarən Neftçala şəhərinə suyun verilməsi təmin edilib. 

Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, kəndlərin içməli su təchizatı üçün də imkanlar yaradıb.
Ötən dövrdə magistral kəmərin marşrutu boyu və Neftçala şəhərinin yaxınlığında yerləşən 11 kənddəki modul qurğulara suyun verilməsi təmin edilib. 

Qeyd edək ki, Neftçala rayonunun 42 kənd və qəsəbəsində əhalinin içməli su ilə təminatı məqsədilə modul tipli sutəmziləyici qurğular quraşdırılıb.

Kür çayında və suvarma kanallarında yaranan su problemi ilə əlaqədar modul qurğuların fəaliyyətində fasilələr yaranır və əhalinin içməli suya olan tələbatı maşınlarla daşıma yolu ilə ödənilir.
Hazırda rayonun 20-dək kəndindəki modul tipli təmizləyici qurğulara sudaşıyan maşınlarla suyun daşınması həyata keçirilir. Artan tələbatın ödənilməsi məqsədilə əlavə maşınların cəlb olunması üçün işlər görülür.

Daşıma yolu ilə suyun çatdırılmasında operativliyi və səmərəliliyi artırmaq məqsədilə həmin kəndlərə mümkün qədər yaxın ərazidə 3 ədəd su dayağı quraşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO