Gəncədə Cavad xanın heykəli ucaldıla bilər 

Gəncədə Cavad xanın heykəli ucaldıla bilər 

Hazırda oxunan: Gəncədə Cavad xanın heykəli ucaldıla bilər 

63869

Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb. 

“Azərbaycan xalqının qəhrəman oğullarından olan Cavad xana Gəncənin ən gözəl guşələrindən birində heykəl qoyulması təklifi ilə bağlı bildiririk ki, Mədəniyyət Nazirliyinin 2021-ci il 1 dekabr tarixli 178-F nömrəli “Heykəltaraşlıq, abidələrinin, xatirə-memorial komplekslərinin ucaldılması və demontaj üzrə Ekspert Komissiyasının yaradılması və fəaliyyətinin təşkili haqqında” əmr imzalanıb.

Ekspert Komissiyasının iclasında ölkəmizin görkəmli mədəniyyət nümayəndələrinin, dahi şəxsiyyətlərin heykəllərinin ucaldılması məsələsinə baxılacaq”, - hesabatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO