DİN-dən AÇIQLAMA: Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib - VİDEO 

DİN-dən AÇIQLAMA: Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib - VİDEO 

Hazırda oxunan: DİN-dən AÇIQLAMA: Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib - VİDEO 

63867

Bəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib. 

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib.

Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar. 
Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO