25 xəstəxananın məsul şəxsləri cəzalandırıldı, 46 tibb müəssisəsində isə...

25 xəstəxananın məsul şəxsləri cəzalandırıldı, 46 tibb müəssisəsində isə...

Hazırda oxunan: 25 xəstəxananın məsul şəxsləri cəzalandırıldı, 46 tibb müəssisəsində isə...

63859

Keçən il respublika üzrə fəaliyyət göstərən 46 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin müvafiq normaların tələblərinə uyğun təmin olunması ila bağlı yoxlamalar keçirilib, 8 tibb müəssisəsində aşkar edilən ciddi pozuntularla bağlı hüquqi qiymət verilməsi üçün materiallar hüquq mühafizə orqanlarına göndərilib. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub. 

Qeyd olunub ki, 25 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib, ümumilikdə 49 min manat cərimə tətbiq olunub. 

Həmçinin ötən il respublikanın müxtəlif şəhər və rayonlarında monitorinqlər nəticəsində 307 uşaq bağçasında 1 748 nöqsan halı aşkarlanaraq 82 min manat cərimə tətbiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO