Qarabağ bölgəsi üzrə Ekologiya və Təbii Sərvətlər idarəsi yaradıldı

Qarabağ bölgəsi üzrə Ekologiya və Təbii Sərvətlər idarəsi yaradıldı

Hazırda oxunan: Qarabağ bölgəsi üzrə Ekologiya və Təbii Sərvətlər idarəsi yaradıldı

6383

“Bir neçə gün əvvəl işğaldan azad edilən Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında oldum. Ətraf mühit nöqteyi-nəzərindən çox acınacaqlı vəziyyətdir. Bizim gəzdiyimiz ərazilərdə demək olar ki, meşə ərazisi qalmayıb, nəinki meşə, heç ağac belə qalmayıb. Bir neçə kilometr yol getsəniz belə ancaq xarabalıqlar qalıb”.

Bizim.Media bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, uzun illərdən bəri bütün ağaclar kəsilib, ya odun kimi istifadə olunub, içlik materiala yararlı ağaclar isə çox təəssüf ki, kəsilib və mebel sənayesi fabriklərinə daşınıb, satılıb:

“O yerlərdə çox uzun müddətli işlərə ehtiyac var. İlk günlərdən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qiymətləndirmə işinə başlayıb. Bununla bağlı Qarabağ bölgəsini əhatə edən 12 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib".

"Buna baxmayaraq, həm müvafiq qiymətləndirmə işləri gedir, həm də paralel olaraq mümkün olan ərazilərdə ağacların əkilməsi, (xüsusilə çinar ağaclarının, çünki o yerlər çinar ağaclarının məskəni idi), palıd toxumlarının səpilməsi prosesi demək olar ki, hər gün davamlı sürətdə gedir. Çox yaxın vaxtlarda daha ciddi, daha böyük miqyaslı işlər görüləcək”. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO