Polis Tovuzda ƏMƏLİYYAT keçirdi: Tutulanlar var – FOTO

Polis Tovuzda ƏMƏLİYYAT keçirdi: Tutulanlar var – FOTO

Hazırda oxunan: Polis Tovuzda ƏMƏLİYYAT keçirdi: Tutulanlar var – FOTO

63736

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. 

Bizim.Media xəbər verir ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Həsənov tanışı Asəf Qazıyevlə birlikdə sonuncuya məxsus “Toyota” markalı avtomobillə rayonun Əlimərdanlı kəndinə gələrək orada ölkə ərazisinə qeyri-qanuni yolla keçirilərək gizlədilən narkotik vasitəni götürüb getmək istəyən zaman saxlanılıb.

Onların avtomobilinə baxış keçirilərkən müxtəlif sellofan torbalarda ümumi çəkisi 171.661 qram “heroin”, 488.214 qram “metamfetamin” və 1 kq 715 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
Dindirilmə zamanı saxlanılan şəxslər əcnəbi vətəndaşla narkotik maddəni Bakı şəhərinə 1000 manat müqabilində aparmaq barədə razılığa gəldiklərini bildiriblər. 

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Tovuz RPŞ-də araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO