Narkotikdən istifadə edən sürücü saxlanıldı

Narkotikdən istifadə edən sürücü saxlanıldı

Hazırda oxunan: Narkotikdən istifadə edən sürücü saxlanıldı

63540

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də saat 18 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində Cəlilabad rayon sakini Ceyhun İmanov idarə etdiyi “Tofaş” markalı avtomobillə manevr qaydasını pozduğuna və təhlükəsizlik kəmərindən istifadə etməyib. 

Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib.

Sürücü və sərnişinləri - qardaşı Ş.İmanov və Bakı şəhər sakini Ə.Axundov Salyan Rayon Polis Şöbəsinə təhvil verilib. 

Şəxsi axtarış zamanı C.İmanovdan 10 qramdan artıq metamfetamin və 14 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO