Yaponiyanı sel suları dağıtmağa davam edir. Son bir neçə gün davam edən və çayların daşmasına səbəb olan leysan yağışları artıq ölkənin mərkəzindən şimal-şərq hissəsinə keçib. Buna görə 62 min sakinin təxliyəsi ilə bağlı xəbərdarlıq yayılıb.Hazırda Yaponiyanın mərkəzi hissəsində hava günəşli olduğu üçün, hökumət orqanları əksər şəhərlərdə xəbərdarlığını ləğv edib. Ötən gecə İbaraki prefekturasının Zyoşo şəhərində 200 nəfər xilas edilisə də, 12 nəfərin itkin düşdüyü bildirilir. 500 nəfər isə hələ də yardım gözləyir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.