Bakıda dostunu bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda dostunu bıçaqlayan şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Bakıda dostunu bıçaqlayan şəxsin məhkəməsi başlayır

63522

Bakıda dostunu bıçaqlamaqda təqsirləndirilən Pərvin Ağayevin məhkəməsi başlayır.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 ünvanında baş verib.

Belə ki, P.Ağayev dostu 1994-cü il təvəllüdlü Nahid Qarazadəni kürək və üz nahiyəsindən bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

P.Ağayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı ona Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO