Ukraynadan təxliyə olunan daha 220 nəfər Azərbaycana gətirildi - 24-ü körpədir

Ukraynadan təxliyə olunan daha 220 nəfər Azərbaycana gətirildi - 24-ü körpədir

Hazırda oxunan: Ukraynadan təxliyə olunan daha 220 nəfər Azərbaycana gətirildi - 24-ü körpədir

63521

Martın 6-da təxminən saat 17:00 radələrində Bakıdan Rumıniyanın paytaxtı Buxarestə çarter reysi təşkil olunub.

Bizim.Media xəbər verir ki, məqsəd Ukraynadan qonşu ölkələr vasitəsilə Buxarestə gələn Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirməkdir.

Azərbaycan müharibə başlayan ilk günlərdən öz vətəndaşlarının Ukraynadan təxliyə olunması ilə bağlı planlı fəaliyyət göstərir. Bu günədək Ukraynadan Rumıniyaya keçən 7 mindən çox vətəndaşımız oradan vətənə təxliyə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəldi – Ümumi say 1 475 oldu


Bu ölkənin Yaşi şəhərindən 5, Buxarest şəhərindən isə 1 çarter reys həyata keçirilib. Eyni zamanda, 14 avtobus ilə 675 nəfər ölkəmizə yola salınıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan vətəndaşlarının münaqişə zonasından çıxarılması, sığındıqları ölkələrdən vətənə gətirilməsi üçün demək olar ki, hər gün çarter reysləri təşkil olunur.

Bu, dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğunun daha bir nümayişidir.

Üç saatdan çox davam edən uçuşdan sonra Azərbaycan Hava Yollarına məxsus təyyarə Buxarest Hava Limanına eniş edir. Burada bizi 24-ü körpə olmaqla 220 vətəndaşımız gözləyir. 

Onlar dövlətimizə, Prezidentimizə minnətdarlıqlarını bildirir və Azərbaycan vətəndaşı olduqlarına görə qürur duyduqlarını ifadə edirlər: 

“Biz dünyanın harasında oluruqsa-olaq, Prezidentimizin, dövlətimizin diqqətini və qayğısını daim hiss edirik”.

Bir neçə saat davam edən missiya uğurla başa çatır: 220 vətəndaşımızın təhlükəsizliyi təmin edilir və onlar Vətəndə, yaxınlarının əhatəsində olmağın sevincini yaşayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO