Füzuli rayonunda ata qızını öldürdü – QATİL SAXLANILDI

Füzuli rayonunda ata qızını öldürdü – QATİL SAXLANILDI

Hazırda oxunan: Füzuli rayonunda ata qızını öldürdü – QATİL SAXLANILDI

63497

Martın 6-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın Füzuli rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media Füzuli Rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ağarəhim Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO