Bu gün peşə məktəblərinin 3 mindən çox şagirdi imtahan verəcək

Bu gün peşə məktəblərinin 3 mindən çox şagirdi imtahan verəcək

Hazırda oxunan: Bu gün peşə məktəblərinin 3 mindən çox şagirdi imtahan verəcək

63486

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlar peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazilərə uyğun müəyyən olunub.

Bu gün 3 254 şagirdin (Bakı şəhəri üzrə Binəqədidə 269, Xətaidə 129, Xəzərdə 112, Nərimanovda 387, Sabunçuda 300, Qaradağda 144, Nizamidə 140, Gəncədə 280, Şəmkirdə 40, Gədəbəydə 39, Qazaxda 18, Tovuzda 86, Sumqayıtda 258, Şamaxıda 20, Qəbələdə 54, Qaxda 98, Bərdədə 75, Göyçayda 52, Kürdəmirdə 20, Zərdabda 76, Şirvanda 74, Sabirabadda 75, Biləsuvarda 55, Salyanda 55, Saatlıda 72, Lənkəranda 31, Cəlilabadda 88, Qubada 96, Qusarda 35, Xaçmazda 76 nəfər) imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO