5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın meyitinin Qəbələ rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Qəbələ Rayon Prokurorluğu yayıb.
Mənbə qeyd edir ki, aparılan ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:11 / 06.03.2022
Qəbələdə qadın qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA – Qatil oğlu ilə birgə...
Hazırda oxunan: Qəbələdə qadın qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA – Qatil oğlu ilə birgə...
Hazırda oxunan: Qəbələdə qadın qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA – Qatil oğlu ilə birgə...
63463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.