Xaçmazda şəhid xanımları və qızları ilə GÖRÜŞ - FOTO

Xaçmazda şəhid xanımları və qızları ilə GÖRÜŞ - FOTO

Hazırda oxunan: Xaçmazda şəhid xanımları və qızları ilə GÖRÜŞ - FOTO

63424

Xaçmazda 8 mart-Beynəlxalq Qadınlar bayramı münasibəti ilə keçirilən tədbirin iştirakçıları əsasən şəhid ailələri, şəhid xanımları və qızları olub.

Bizim.Media xəbər verir ki, şəhərin şadlıq sarayında baş tutan mərasimdə şəhid doğmalarına xoş bir gün yaşadılıb.

İctimaiyyət və rayon rəsmilərinin qatıldığı bayram şənliyində çıxış edən Xaçmaz RİH başçısı Elnur Rzayev şəhidlərlə bağlı status daşıyan hər bir xanıma bayram təbriklərini çatdırıb.

Vətən müharibəsində doğmalarını itirmiş ana-bacılara bir daha bildirilib ki, dövlət və rayon ictimaiyyəti həmişə qayğı və problemlərinin həllində onların yanındadır.

Tədbirdə xoş musiqi nömrələri səslənib. Şəhid ailələrinin yaxınlarına qiymətli xatirə hədiyyələri, RİH-in Fəxri fərmanları təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO