Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edəcək

63327

İqtisadiyyat naziri Mikayıl Cabbarov martın 11-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Quba şəhəri, Yeni körpü, 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin “195” Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki “Müraciətlər/vətəndaşların qəbulu/ qəbula yazılın” bölməsində müvafiq qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər (//e-services.economy.gov.az/murac/seyyarQebulForm.aspx).

Qəbula qeydiyyat 10 mart 2022-ci il, saat 18:00-da başa çatır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO