\'\'Azərsu\'\' parlamentdə sərt tənqid edildi - \'\'Qurumun rəhbəri cavab versin\'\'

\'\'Azərsu\'\' parlamentdə sərt tənqid edildi - \'\'Qurumun rəhbəri cavab versin\'\'

Hazırda oxunan: \'\'Azərsu\'\' parlamentdə sərt tənqid edildi - \'\'Qurumun rəhbəri cavab versin\'\'

6324

“2008-ci ildə Astara şəhərində su və kanalizasiya layihəsi ilə bağlı tenderin qalibi elan olunub. Ötən dövr ərzində su problemi həll olunsa da, hələ də kanalizasiya məsələsi həllini tapmayıb”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

R. Mahmudov deyib ki, bu layihənin indiyə qədər tam icra olunmaması seçicilərdə suallar doğurur və dünən seçicilərdən biri parlamentdə bu sualın səsləndirilməsini xahiş edib:

“Büdcəmizin imkanlarının ən geniş olduğu bir dövrdə Astara şəhərinin su və kanalizasiya ilə bağlı məsələsi niyə kəm-kəsirlə yerinə yetirilib? Seçicim məntiqi olaraq sual verir ki, Şuşada bu il su və kanalizasiya işlərinə başlanılsa, müvafiq qurumlar o işləri neçə ilə başa çatdıracaqlar? Xahiş edirəm ki, büdcə müzakirələri zamanı “Azərsu” ASC rəhbərliyi bu sualı cavablandırardı”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO