DİM: Martın 5-6-da keçiriləcək imtahanların qrafikində dəyişiklik yoxdur

DİM: Martın 5-6-da keçiriləcək imtahanların qrafikində dəyişiklik yoxdur

Hazırda oxunan: DİM: Martın 5-6-da keçiriləcək imtahanların qrafikində dəyişiklik yoxdur

63149

"Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də və 6-da 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. İmtahanların keçirilmə qrafikində dəyişiklik nəzərdə tutulmayıb". 

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. 

Bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Ona görə də imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır. 

İmtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirilməlidir. 

İmtahan binasına mobil telefon, “ağıllı” saat və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO