Deputat Azərbaycan adından Ukraynadan üzr istəyən şəxsə SƏSLƏNDİ: “Sən kimsən ki...?!” 

Deputat Azərbaycan adından Ukraynadan üzr istəyən şəxsə SƏSLƏNDİ: “Sən kimsən ki...?!” 

Hazırda oxunan: Deputat Azərbaycan adından Ukraynadan üzr istəyən şəxsə SƏSLƏNDİ: “Sən kimsən ki...?!” 

63103

“Ukrayna ətrafında baş verən hadisələr hamımızı narahat edir, həssasıq, amma biz hər kəsdən öncə millətimiz və dövlətimiz adına həssas olmalıyıq. Yəni Ukrayna məsələsində, cənab İlham Əliyevin tutduğu o qızıl ortadan kənara çıxmağın heç kimə, xüsusən də əmin ola bilərsiz ki, Ukraynaya faydası yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirib.  

Deputat qeyd edib ki, bizim üçün istənilən məsələdə beynəlxlaq hüququn prinsiplərinə söykənən milli maraqlarımız öndə olmalıdır.

Biz ali niyyət kimi ana yasamızda bəyan etmişik ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzulayırıq.  

Bax, indi belə bir məqamda bizi müharibədə az qala tərəf olaraq görmək arzusu bilmirəm hardan qaynaqlanır, amma ona əminəm ki, təhlükəli tendensiyadır. Azərbaycan bu günə qədər heç bir tərəfdaşını yarıda buraxmayıb, gördünüz dövlət başçımız Ukraynaya humanitar yardım etdi, buna görə Ukrayna prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi. Hətta cənab Zelenski Rusiya-Ukrayna arasında danışıqların Bakıda aparılmasının mümkünlüyünü təklif etdi.

Çünki, Ukrayna dövləti Azərbaycanın ədalətinə, tərəfsizliyinə şübhə etmir və rəsmi Bakının mövqeyindən razıdır. Amma indi hansısa yoldan keçən gəlir Ukrayna səfirliyinə ki, mən dövlətimiz adına sizdən üzr istəyirəm. Soruşan lazımdır ki, sən kimsən ki, dövlət adına üzr istəyəsən?  
İkincisi, konstitusiya var, 8-ci maddə ilə ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini Prezident təmsil edir. İndi sizə kim ixtiyar verib dövlət adından xalq adından danışırsınız?  

Bizim mövqeyimiz aydındır, Konstitusiyamızın 9-cu maddəsində açıq mətnlə ifadə olunub ki, Azərbaycan beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Azərbaycan bütün dünya dövlətlərinin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edir. Bundan artıq nə etməliyik ki?  

Biz nə qardaş Ukraynanın, nə də müttəfiqimiz Rusiyanın zərər görməsini istəyirik, bölgədə sülhün sabitliyin bərqərar olmasını arzulayırıq və bu istiqamətdə Azərbaycan prezidenti fəal iş aparır. Amma biz özümüz də prosesdən sağlam çıxmağı bacarmalıyıq, ona görə də yersiz müdaxilələrə, bu beynəlxalq məsələnin daxili siyasi prosesə çevrilməsinə yol verməməliyik”. 

Deputat son proseslər fonunda ikili standartlar məsələsinə də diqqət çəkib: 

“Ukrayna hadisələri eyni zamanda çox sayda qərb dövlətlərinin, beynəlxalq təşkilatlarının ikili standart mahiyyətini bir daha ortaya qoydu. Əgər söhbət beynəlxalq hüquqla tanınan ərazi bütövlüyündən gedirsə, bəli, bu həssaslıq alqışlanmalıdır. Amma bəs 30 il Azərbaycanın ərazi bütövlüyü pozulanda, torpağı işğal olunanda bunlar niyə susurdu? Bizimki məgər ərazi bütövlüyü deyildi? 44 günlük haqq savaşında niyə işğala son qoymaq istəyən Azərbaycanın yanında yox qarşısında idiz? Bax buna görə də xalqımız məsələnin mahiyyətini görməlidir.

Bu dairələrin haqq ədalət uğrunda mübarizə apardığına inanmayın, onların ədalətini bu 30 ildə biz gördük.

Bizim inanacağımız, güvənəcəyimiz bir güc var və olmalıdır o da İlham Əliyev şəxsiyyəti ətrafında birlikdən yaranan güc. Gerisi təfərrüatadır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO