“Hamımız milli dəyərlərə hörmətlə yanaşmalıyıq”x9d.
Moderator.az xəbər verir
ki, bunu azərbaycanlı iş adamı, “Excellent”x9d şirkətinin rəhbəri Hacı Quliyev bəzi
ailələrdə baş verən xəyanətlərin bağışlanmasına fikir bildirərkən deyib.
ANS TV-də aparıcı Elgiz
Əkbərin təqdimatında yayımlanan “Adam içində”x9d verilişində həyat yoldaşının
dostu ilə gizlincə qarşılıqlı 60 mesaj göndərilməsini sonradan bilərək, amma həmin
şəxsin iki azyaşlı övladlarına görə həyat yoldaşının bu cür əməlinə göz yumması
və barışmağa razı olması ekspertlərin qınağına səbəb olub.
Verilişdə ekspert qismində
çıxış edən H.Quliyev də xəyanətin bağışlanmasını birmənalı qarşılamayıb. O,
verilişdən sonra mətbuata açıqlama verərkən qeyd edib ki, bu cür məsələlər
normal hal olsa da, amma bir Azərbaycan ailəsində xəyanət qəbulolunmazdır:
“Həyat yoldaşını
bağışlayan şəxs qınağıma tuş gəldi və tənqidi fikirlərimlə qarşılandı”x9d.
Bu gün Azərbaycan gənclərinin
ictimai qınağdan kənarda qaldığını söyləyən H.Quliuyev, onu da əlavə edib ki, bu
tip verilişlərdə bu cür problemli məsələlərin qabarıq şəkildə ortaya qoyulması
və müzakirə olunması müsbət haldır:
“Amma çox istəyərdim ki,
ekspertlər düzgün fikirlər səsləndirsin və düzgün rəy versinlər. Çünki hörmətli
ekspertlərimizə yüzlərlə insanlar baxır və onların söylədikləri fikirlərdən nəticə
çıxarmağa çalışırlar. İctimai qınaqdan kənarlaşmışıq deyə, oğlanlarımız,
qızlarımız ailə qarşısında məsuliyyət daşımırlar. Çünki getdikcə təfəkkürümüz
avropalaşır. Düşünürəm ki, biz buna bir azərbaycanlı ekspertlər kimi yol verməməliyik.
Çünki bizim düşüncəmiz, fikilərimiz avropalaşmamalıdır. Bizim öz mental dəyərlərimiz
var və hər zaman da bu mental dəyərlərə hörmətlə yanaşmalıyıq.”x9d






























































































