Bizim.Media yazdı, “Azərişıq” hərəkətə keçdi: Xaçmazın enerji problemi həll edilir - FOTO 

Bizim.Media yazdı, “Azərişıq” hərəkətə keçdi: Xaçmazın enerji problemi həll edilir - FOTO 

Hazırda oxunan: Bizim.Media yazdı, “Azərişıq” hərəkətə keçdi: Xaçmazın enerji problemi həll edilir - FOTO 

63008

“Azərişıq” Xaçmaz rayonunda yenidən-qurma işlərinə start verib. Son günlər rayonda elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən işlər daha da sürətlənib.

2021-2022-ci illərdə rayonun 5 kəndində köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz edilib.

Bizim.Media-nın məsələni işıqlandırmasından sonra hazırda Xaçmaz şəhərində və 10-dan artıq kənddə bu istiqamətdə işlər davam etdirilir.

Bu gün Xaçmaz İcra Hakimiyyəti başçısı Elnur Rzayev, Azərişıq sədrinin baş müşaviri Toğrul Rəhimov, millət vəkili Sevil Mikayılova və digər rəsmilər Həsənqala kəndində aparılan yenidənqurma işləri ilə tanış olublar.

"Yeni kəndlər" layihəsi çərçivəsində Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunda görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, ilkin mərhələdə Xaçmazın 25 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulacaq.   

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO