Evdən çıxan 17 koronavirus xəstəsi saxlanıldı

Evdən çıxan 17 koronavirus xəstəsi saxlanıldı

Hazırda oxunan: Evdən çıxan 17 koronavirus xəstəsi saxlanıldı

6286

Dünən evdən çıxan 17 COVID-19 xəstəsi saxlanılıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikanın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub, yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO