AZAL növbəti təxliyə reysini sabah keçirəcək

AZAL növbəti təxliyə reysini sabah keçirəcək

Hazırda oxunan: AZAL növbəti təxliyə reysini sabah keçirəcək

62855

Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu sabaha - 3 mart tarixinə, yerli vaxtla səhər saat 11:00-a keçirilib (Bakı vaxtı ilə saat 13:00).

Bizim.Media xəbər verir ki, bu barədə AZAL açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, təxliyə reysinin Bakıya gəlişi yerli vaxtla saat 16:00-da nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-dan Ukraynadakı vətəndaşlarımızın təxliyəsi ilə bağlı VACİB AÇIQLAMA


"Bütün sərnişinlərdən aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində və kütləvi informasiya vasitələrində reyslər barədə ən son məlumatları izləmələrini xahiş edirik”, - deyə vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək. 

Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO