Naxçıvanda əhalinin sayı açıqlandı

Naxçıvanda əhalinin sayı açıqlandı

Hazırda oxunan: Naxçıvanda əhalinin sayı açıqlandı

62659

Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2022-ci il tarixə əhalinin sayı 2011-ci ilin sonu ilə müqayisədə 44,5 min nəfər artaraq 463 min nəfər olub.

Bizim.Media Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi əhalinin 95,6 min nəfəri Naxçıvan şəhərində, 111,7 min nəfəri Şərur, 76,8 min nəfəri Babək, 50,4 min nəfəri Ordubad, 47,4 min nəfəri Culfa, 33,1 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 22,7 min nəfəri Sədərək rayonlarında qeydə alınıb.

Ümumi əhalinin 231,3 min nəfərini kişilər, 231,7 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yerlərində yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO