Azərbaycanda içməli suyun təhlükəsizliyinə dair YENİ TƏLƏBLƏR 

Azərbaycanda içməli suyun təhlükəsizliyinə dair YENİ TƏLƏBLƏR 

Hazırda oxunan: Azərbaycanda içməli suyun təhlükəsizliyinə dair YENİ TƏLƏBLƏR 

62522

Azərbaycanda içməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə dair tələblər müəyyən edilir. 

Bizim.Media-nın məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, içməli su (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən su qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunan tələblərə uyğun olmalıdır. 

İçməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən suyun qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 

Təbii mineral suların (qablaşdırılmış) istehsalı, emalı və dövriyyəsi həmin sular müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən qeydiyyata alındıqdan sonra yol verilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO