Sumqayıtda ağır yol qəzası: Ölü və yaralılar var

Sumqayıtda ağır yol qəzası: Ölü və yaralılar var

Hazırda oxunan: Sumqayıtda ağır yol qəzası: Ölü və yaralılar var

62461

Sumqayıtda ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markal minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1955-ci il təvəllüdlü Adışov Əliş Qarakişi oğlu hadisə yerində dünyasını dəyişib. Minik avtomobilində olan sərnişinlər - 1986-cı il təvəllüdlü Həsənova Sevinc Zeyibşah qızı, 1971-ci il təvəllüdlü İsakova Gülarə Minacəddin qızı,1972-ci il təvəllüdlü İsakova Lətifə Lətif qızı müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Daha bir nəfər, 1991-ci il təvəllüdlü İsakov Şəhriyar Bəxtiyar oğluna isə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO