Azərbaycanda evdən 44 min manatlıq OĞURLUQ edildi

Azərbaycanda evdən 44 min manatlıq OĞURLUQ edildi

Hazırda oxunan: Azərbaycanda evdən 44 min manatlıq OĞURLUQ edildi

62454

Fevralın 25-də Qax rayonu, Almalı kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 17 min dollar (təxminən 28 min 900 manat) və 10 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Sözügedən şəxslər Şəki rayon sakinləri Ş.Balıyev və əvvəllər məhkum olunmuş N.Abdulkərimovdur.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO