Bakıda evdə baş verən yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın FHN yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
*** 10:23
Bakıda evdə yanğın başlayıb.
Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media