Abşeronda bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Abşeronda bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Hazırda oxunan: Abşeronda bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

62260

Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Fatmayi kəndində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Nadirə Həsənqulu qızı, 1979-cu il təvəllüdlü İsmayılova Yeganə Həsənqulu qızı, 1995-ci il təvəllüdlü Abdullayeva Pərvin Əliabbas qızı, 1958-ci il təvəllüdlü Cəfərova Elmira Cəfər qızı, 2003-cü il təvəllüdlü İsmayılova Məleykə Sübhan qızı və 2005-ci il təvəllüdlü İsmayılova Nərmin Sübhan qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO