Azərbaycanda yük avtomobili aşdı – Ölən var

Azərbaycanda yük avtomobili aşdı – Ölən var

Hazırda oxunan: Azərbaycanda yük avtomobili aşdı – Ölən var

62235

Astarada yük avtomobili aşıb, bir nəfər ölüb. 

Bizim.Media-nın verdiyi xəbərə görə, hadisə rayonun dağlıq ərazisi olan Pəlikeş kəndində baş verib. 

“QAZ-66” markalı yük avtomobili yolsuzluq şəraitində yoldan çıxaraq aşıb. 

Nəticədə sürücü yüngül xəsarət alsa da sərnişin Pəlikeş kənd sakini, 1988-ci il təvəllüdlü Tarif Rakifağa oğlu Sovqatov ağır bədən xəsarətləri alıb. 

Yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılanadək yolda ölüb. Meyit müayinə olunmaq üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO