''Şuşa fatehi Şuşanı görmədən ölməməlidir'' - Deputat qaziyə görə kömək istədi

''Şuşa fatehi Şuşanı görmədən ölməməlidir'' - Deputat qaziyə görə kömək istədi

Hazırda oxunan: ''Şuşa fatehi Şuşanı görmədən ölməməlidir'' - Deputat qaziyə görə kömək istədi

6222

“Zaqataladan olan qazi döyüşçü Natiq Mahmudov 42 gündür ki, komadadır. O, Şuşa uğrunda və əksər döyüşlərdə iştirak edib. Hökumətdən xahiş edirəm ki, onun həyata qayıtması üçün hər şey edilsin”.

Bizim.Media xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə büdcə müzakirələrində çıxışında söyləyib. 

O qeyd edib ki, qazi hazırda həyatda qalmaq uğrunda mübarizə aparır:

“O, 3 dəfə əməliyyat olunub. Mən hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələn hər şeyi etsinlər. Ən azından bütün cəhdləri sınamaq lazımdır. Ola bilər ki, xəstəxanası dəyişdirilsin, ya da mümkün olarsa xaricə aparılsın. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO