Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt ediləcək - RƏSMİ

Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt ediləcək - RƏSMİ

Hazırda oxunan: Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt ediləcək - RƏSMİ

6215

Nazirlər Kabineti “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 76 nömrəli və “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili  Qaydaları”nın təsdiq  edilməsi haqqında” 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edib. 

Bizim.Media-nın məlumatına görə, “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”na edilən dəyişikliyə əsasən, 2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş, qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunacaq.

“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na edilən dəyişikliyə əsasən, 2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348  nömrəli Qərarı ilə təsdiq  edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunacaq.

Bu Qərar 2021-ci il yanvarın 31-dək qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO