Şuşa şəhərində Xocalı soyqırımının qurbanları anılıb.
Bizim.Media xəbər verir ki, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin qatıldığı 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında, yuxarı Gövhər Ağa məscidinin qarşında baş tutub.
Anım mərasiminə şəhərdə fəaliyyət göstərən bütün digər dövlət və özəl şirkətlərin rəhbərliyi də qatılıb.
Bizim.Media