Azərbaycan Prezidentinin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edib.
Azərbaycan Ordusunda keçirilən anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Himni səsləndirilib.
Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon incəsənət nümayəndələrinin və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar nümayiş etdirilib.
Hərbi qulluqçular tərəfindən “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub və faciənin şahidləri ilə görüşlər keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:09 / 26.02.2022
Azərbaycan Ordusunda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildi - FOTO+VİDEO
Hazırda oxunan: Azərbaycan Ordusunda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildi - FOTO+VİDEO
Hazırda oxunan: Azərbaycan Ordusunda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildi - FOTO+VİDEO
62044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.