“8 saata görə 5 manat ödəyən vətəndaşın...” – Deputat cərimələrə də ETİRAZ ETDİ  

“8 saata görə 5 manat ödəyən vətəndaşın...” – Deputat cərimələrə də ETİRAZ ETDİ  

Hazırda oxunan: “8 saata görə 5 manat ödəyən vətəndaşın...” – Deputat cərimələrə də ETİRAZ ETDİ  

61846

“Cərimələrin və rüsumların artırılmasından əvvəl vətəndaşların maaşı qaldırılmalıdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Fazil Mustafa son günlər ciddi müzakirə mövzusuna çevrilən rüsumların və cərimələrin artırılması məsələsindən danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa: “Bu cərimədən başqa nə artım varsa, hamısı ədalətsizdir” - VİDEO


Deputatın fikrincə, vətəndaşın marağına toxunan istiqamətdə cərimələrin olması vətəndaşın xeyrinə ola bilməz: 

“Amma vətəndaşa xidmət edən qurumların, yaxud hüquqi şəxslərin fəaliyyətində olan inzibati hüquqpozmalara görə cərimələrin artırılması vətəndaşın xeyrinədir. Məsələn, parklanma məsələsində cərimələr absurd görünür. Məgər, yetərincə parklanma yeri yaradırsız ki, cərimə də tətbiq edirsiz?

Vətəndaş 5 dəqiqəlik düşüb, aptekdən dərman almaq istəyir, yaxud iş yerinə yaxın yerdə saxlamalıdır. Sən isə parklanma yeri açmısan və qiymətləri kəlləçarxa qaldırmısan.

İşə gedən və avtomobilini park etdiyi yerdə 8 saata görə 5 manat ödəyən bir vətəndaşın maaşının böyük hissəsi parklanmaya gedir. Bu, necə vətəndaşın xeyrinə ola bilər? Hər halda bu məqamları nəzərə almaq lazımdır”, - deyə millət vəkili qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO