Bakıda keçmiş məhkum küçədə döyüldü

Bakıda keçmiş məhkum küçədə döyüldü

Hazırda oxunan: Bakıda keçmiş məhkum küçədə döyüldü

61832

Bakıda keçmiş məhkum döyülərək qarət edilib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 24-də 4 nəfərin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əmişovu döyərək 800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Fərhadov, Füzuli rayon sakinləri F.Ələkbərov və E.İsrafilov müəyyən edilərək saxlanılıblar. 
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO