Vətəndaşdan 15 min manat tələb edən “jurnalistlər” saxlanıldı  

Vətəndaşdan 15 min manat tələb edən “jurnalistlər” saxlanıldı  

Hazırda oxunan: Vətəndaşdan 15 min manat tələb edən “jurnalistlər” saxlanıldı  

61831

Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub.  

Bizim.Media xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıb.  

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilib.  
Faktla əlaqədar cinayət işi başlanıb.  

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO