İtkin düşən əsgərlərimiz axtarılır - VİDEO

İtkin düşən əsgərlərimiz axtarılır - VİDEO

Hazırda oxunan: İtkin düşən əsgərlərimiz axtarılır - VİDEO

6182

Müvafiq dövlət qurumlarının təmsil olunduğu xüsusi komissiya itkin düşən əsgərlərimizin axtarışını fasiləsiz şəkildə davam etdirir.

Videoda axtarışların çətin şəraitdə, qarda, mürəkkəb relyefdə necə getdiyi görünür.

Qeyd edək ki, 2020-ci il dekabrın 8-nə olan məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş 2723 nəfər hərbçisi dəfn edilib.

Bundan başqa, müvafiq dövlət orqanları tərəfindən itkin düşənlərin axtarılması və eyniləşdirilməsi zəruri olan hərbi qulluqçuların DNT eyniləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində dekabrın 8-dən 21-dək 76 nəfər identifikasiya edilərək, ailələrinə verilib və dəfn edilib.

Dekabrın 21-nə olan məlumata görə 2802 şəhid barədə məlumat təqdim olunub, 12 nəfər hərbi qulluqçu erməni əsirliyindən qaytarılıb.

İtkin düşənlərin axtarılması və eyniləşdirilməsi zəruri olan hərbi qulluqçuların DNT eyniləşdirilməsi istiqamətində işlər davam etdirilir. (Azvision)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO