Rüşvətə görə işdən çıxarılan məktəb direktoruna cinayət işi açıldı 

Rüşvətə görə işdən çıxarılan məktəb direktoruna cinayət işi açıldı 

Hazırda oxunan: Rüşvətə görə işdən çıxarılan məktəb direktoruna cinayət işi açıldı 

61739

Ağstafa rayonunda səs yazısı yayılan məktəb direktoru barədə cinayət işi başlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb. 

Araşdırmalarla “Ş.Abadov” adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb. 
Hazırda iş üzrə istintaq davam edir. 

Məqsəd Rəhimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO