Bakı-Həştərxan reysi ləğv edildi

Bakı-Həştərxan reysi ləğv edildi

Hazırda oxunan: Bakı-Həştərxan reysi ləğv edildi

61625

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysi ləğv edilib.

"Rosaviasiya"nın məlumatına əsasən, Həştərxan hava limanından bu günə olan bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və yaxud cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO