"Yaşadıqlarımı unutmaq asan deyil" - Vətən müharibəsinin qazisi

Hazırda oxunan: "Yaşadıqlarımı unutmaq asan deyil" - Vətən müharibəsinin qazisi

6161

"1993-cü ilin 6 oktyabr tarixində Ukraynanın Sevastopol şəhərində anadan olmuşam. İbtidai təhsili elə Ukraynada almışam, sonra Azərbaycanda 154 saylı Albert Aqarunov adına orta məktəbi bitirmişəm".

Bizim.Media xəbər verir ki, bunu milli.az-a açqılamasında Vətən müharibəsinin qazisi Elnur Əkbərov deyib.

Qazi bildirib ki, bu döyüş bizim bir ömür boyu fikrimizdə qalacaq:

"Orta məktəbdən sonra peşə liseyində təhsil almışam. Sonra cəbhə bölgəsində Müdafiə Nazilriyinin N saylı hərbi hissəsində xidmət etmişəm. Xidmətimi başa vurduqdan sonra isə, 2016-cı ildə Bədən Tərbiyəsi və İdman Akademiyasının "Məşq və fiziki hazırlıq" fakültəsinin "Vətənin müdafiəsini hazırlıq" ixtisasına daxil olmuşam. Hazırda da Akademiyanın qiyabi şöbəsinin 5-ci kurs tələbəsiyəm.

2016-cı ildə könüllü olaraq səfərbərliyə yazılmışdım. Bu ilin 21 sentyabr tarixindən təlimlərdə iştirak etmişik və döyüşlərin başladığı ilk gündən - sentyabrın 27-dən ön cəbhədə Füzuli istiqamətində gedən döyüşlərə yollanmışam.

Oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə azad edilən ərazilərdə yaralandım. Düşməni bizi aramsız minomyot atəşinə tutmuşdu. O mərmilərdən biri düz bizim yaxınlığımıza düşdü, nəticədə qolumu itirdim.

Qolumu itirdiyimi doğum günümdən sonra anama bildirmişdim. Amma anam yuxusunda görübmüş. Mən oktyabrın 3-də yaralandım, 4-ü anama dedim ki, ayağımdan yüngül yaralanmışam. Amma oktyabrın 6-də doğum günüm idi, 7-də açıb anama sağ qolumu itirdiyimi dedim.

Mən yaralananda mənimlə bir yerdə bir neçə döyüş yoldaşım və komandirim də yaralandı. Öz heyətimizdə olan döyüş yoldaşımı itirdim, şəhid oldu.

"Bu döyüş bizim bir ömür boyu fikrimizdə qalacaq. O yaşadıqlarımızı unutmaq asan bir şey deyil, çünki yaşadıqlarımız da az nələrsə deyil". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO