“Tofiq Abbasovun etdiyi hərəkətə görə məsuliyyət daşımırıq” - AzTV-dən AÇIQLAMA

“Tofiq Abbasovun etdiyi hərəkətə görə məsuliyyət daşımırıq” - AzTV-dən AÇIQLAMA

Hazırda oxunan: “Tofiq Abbasovun etdiyi hərəkətə görə məsuliyyət daşımırıq” - AzTV-dən AÇIQLAMA

0:00
0:00
61459

“Hadisə AzTV-də və ya TV-də yayımlanan hansısa verilişdə baş verməyib. Tofiq Abbasov AzTV-nin əməkdaşı olmaqla yanaşı, həm də siyasi ekspertdir və onun müstəqil ekspert olaraq hansısa kənar verilişdə dediyi sözə və ya etdiyi hərəkətə görə AzTV məsuliyyət daşımır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında AzTV-nin mətbuat katibi Nərgiz Rəfiyeva bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda canlı yayımda dava: Pənah Hüseynin burnu qırıldı - VİDEO


Onun sözlərinə görə, televiziya rəhbərliyi Tofiq Abbasovla şəxsən söhbət aparıb:

“AzTV-də insidentlə bağlı iclas keçirilməyib. Amma təbii ki, rəhbərlik hadisədən sonra T. Abbasovla görüşüb və öz iradını bildirib”. 

Qeyd edək ki, Sabiq baş nazir Pənah Hüseynlə tanınmış tele-jurnalist, siyasi şərhçi Tofiq Abbasovun “Musavat TV” efirində əlbəyaxa davası artıq ölkə mediasının gündəminə düşüb. Tofiq Abbasov həmçinin AzTv-də yayımlanan “Hədəf” verlişinin aparıcısı həm də ictimai-siyasi proqramlar redaksiyasının baş redaktorudur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO