İlisudakı güclü yanğın söndürülüb - FHN açıqlama yaydı

İlisudakı güclü yanğın söndürülüb - FHN açıqlama yaydı

Hazırda oxunan: İlisudakı güclü yanğın söndürülüb - FHN açıqlama yaydı

61378

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Qax rayonunun Qum kəndi yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun ərazisində dağ-meşə zonada baş vermiş yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq axşam saatlarında söndürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Yaşayış evindəki yanğında xəsarət alan 3 yaşlı uşaq öldü - FOTO


Yanğın nəticəsində təqribən 15 ha sahədə kol-kos, xəzəl, qurumuş ağaclar və ağac kötükləri yanıb.

Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsinə və küləkli hava şəraitinin yanğının söndürülməsi prosesini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd  ki, ötən gün İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN əməkdaşları tərəfindən söndürülsə də, lakin səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO