Azərbaycanda qida sənayesi mühəndisliyi, digər ölkələrlə müqayisədə çox ləng inkişaf etməkdədir. Qida məhsullarının texnologiyası və təhlükəsizliyi ilə məşğul olan bu sahənin ölkədə düzgün ixtisaslaşmaması bu istiqamətdə olan həvəs və marağı da öldürür.
Bizim.Media xəbər verir ki, Azərbaycanda bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir.
İxtisas olaraq bu peşəyə yiyələnmək istəyənlər Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti və Lənkəran Universitetinə müraciət edə bilərlər.
Məsələnin şərhini təhsil eksperti Elşan Qafarov verib.
“Çox təəssüf olsun ki, bizdə bütün istehsalat sahələri ayrı-ayrı məmurlara bağlı olduğu üçün, baxmayaraq ki, bu sahədə xüsusi dövlət orqanı-Qida Təhlükəsizliyi Agentliyi var, bu agentliyin konkret olaraq elə güclü funksiyaları yoxdur”.
Elşan Qafarov, Sovet dönəmində bu sahə üzrə xidmət edən Texniki Nəzarət Şöbəsi- “Texnazor”u misal göstərib və əlavə edib ki, hal-hazırda bu işi qida mühəndisləri icra edir.
Elşan Qafarov bildirib ki, bu sahədə iş perspektivi zəifdir.
“Peşə sahəsi olaraq, yeni dünya tələbatlarının ən mühim sahələrindən biridir, lakin Azərbaycanda isə bu peşəyə maraq və sahənin işləməsi ilə bağlı ciddi problemlər var”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 23.02.2022
Azərbaycanda QİDA MÜHƏNDİSLİYİ çatışmır - Bu istiqamətdə nə etmək olar?
Hazırda oxunan: Azərbaycanda QİDA MÜHƏNDİSLİYİ çatışmır - Bu istiqamətdə nə etmək olar?
Hazırda oxunan: Azərbaycanda QİDA MÜHƏNDİSLİYİ çatışmır - Bu istiqamətdə nə etmək olar?
61343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.