Bu gün Novruzun ilk çərşənbəsidir – “Su çərşənbəsi”

Bu gün Novruzun ilk çərşənbəsidir – “Su çərşənbəsi”

Hazırda oxunan: Bu gün Novruzun ilk çərşənbəsidir – “Su çərşənbəsi”

61233

Bu gün Novruzun ilk çərşənbəsidir. 

Bizim.Media xəbər verir ki, fevral ayının 22-si ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur. 

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir.

Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. 

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. 

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. 
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir. 

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO