Müharibədə ayağını itirən qazi ad günündə toy etdi - FOTO

Müharibədə ayağını itirən qazi ad günündə toy etdi - FOTO

Hazırda oxunan: Müharibədə ayağını itirən qazi ad günündə toy etdi - FOTO

0:00
0:00
61161

Daha bir Vətən Müharibəsi veteranı ailə həyatı qurub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə torpaqlarımızı işğalçılardan azad edərək cəbhədə ayağını itirən baş leytenant Bəkir Əsgərovun toyunda çəkilən görüntülər yayılıb.

Qeyd edək ki, Bəkir Əsgərov 1995-ci il fevralın 20-də Qax rayonunun Zərnə kəndində anadan olub. Vətən Müharibəsi başlayandan o, ön sıralarda olub.

Ərazini minalardan təmizləyən, döyüş yoldaşlarının irəliləməsinə şərait yaradan Bəkir Talış kəndi istiqamətində bir neçə postun ələ keçirilməsində fəal iştirak edib.

Suqovuşan uğrunda gedən döyüşlərdə mina partlaması nəticəsində sol ayağını itirən Bəkir Əsgərov yaralı vəziyyətdə əraziləri minalardan təmizləməyə davam edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO