Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, qatarın fəaliyyətə başlaması ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Əlavə olaraq qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımaları dayandırılıb.
Yalnız Abşeron Dairəvi Dəmir Yolu xəttində məhdud sayda qatar hərəkətdə olub.
Odur ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində dəmir yolu vasitəsilə ölkə daxilində daşınan sərnişinlərin sayı 266 min civarında olub.
Beynəlxalq istiqamətlərdə isə 29 min nəfərdən çox sərnişin daşınıb.
Ötən ilin müvafiq dövründə isə ölkədaxilində 900 mindən artıq, beynəlxalq istiqamətlərdə isə 200 mindən çox sərnişin yola düşüb.
2019-cu ilin müvafiq dövründə ümumilikdə 3.384. 228 sərnişin dəmir yollarından istifadə edib.
Gülşanə Mustafayeva, Bizim.Media