''Əlil arabası'' ifadəsi bu sözlə əvəz edildi

''Əlil arabası'' ifadəsi bu sözlə əvəz edildi

Hazırda oxunan: ''Əlil arabası'' ifadəsi bu sözlə əvəz edildi

6112

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”na 23 yeni növ də əlavə edilib.

Bizim.Media xəbər verir ki, aparılan islahatlar çərçivəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsi də inkişaf etdirilir. Bu sahədə müasir yanaşmalar tətbiq olunur, təqdim edilən reabilitasiya vasitələrinin getdikcə həm keyfiyyəti, həm də növləri artır.

Yeniliklərdən biri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər üçün yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsinə başlanılıb.

Həmçinin, əlilliyi olan şəxslərin müyəssərlik, inteqrasiya imkanlarının artırılması üçün yeni vasitələrin tətbiqi artıq ardıcıl xarakter alıb.

Qeyd edilənlərlə əlaqədar da siyahıda ənənəvi reabilitasiya vasitələri ilə yanaşı, yeni növlər (yataq xəstələri üçün çarpayı, hərəkətli qaldırıcı qurğu, səs, göz, sifət və diş protezləri, “danışan kitab” və s.) də əksini tapıb.

Eyni zamanda, müasir yanaşmanın nəticəsi olaraq, siyahıda “əlil arabası” ifadəsi də “təkərli oturacaq”la əvəz edilib.

Ümumilikdə, siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO