Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO 

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO 

Hazırda oxunan: Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO 

61110

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında “Opel” markalı avtomobil idarə etməkdə şübhəli bilinən Seymur Cəfərov saxlanılaraq barəsində qanunamüvafiq tədbir görülüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlərlə “VAZ” markalı avtomobil ilə toy karvanında təhlükəli manevrlərlə edən avtoxuliqanlıq edən Nağı Quliyevin də əməllərinə hüquqi qiymət verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Videolarını “TikTok”da paylaşan avtoxuliqan sürücü həbs olundu - FOTO


Qeyd edək ki, ötən həftə ərzində Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb. 

Belə ki, həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO